Britaniyalı aktyor Noel Klark cinsi cinayətlərdə şübhəli bilinərək həbs edildi
Dünya
181
15:11, Bu gün

Britaniyalı aktyor Noel Klark cinsi cinayətlərdə şübhəli bilinərək həbs edildi

"Doctor Who" serialındakı rolu ilə tanınan britaniyalı aktyor Noel Klark cinsi cinayətlərdə şübhəli bilinərək həbs edilib.

Bu barədə "The Guardian" qəzeti polisə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, aktyor Noel Klark 2007-ci ildə baş verdiyi iddia edilən təcavüz cəhdi ilə əlaqədar həbs olunub.

Polisin məlumatına görə, saxlanılan şəxs 2007-ci ildə 20 yaşlı qadına qarşı təcavüz cəhdində və cinsi təcavüzdə, eləcə də vuayerizmdə (2013) şübhəli bilinir. Aktyor girov müqabilində azadlığa buraxılıb.

Klark "Doctor Who" serialında "Mikki Smit" obrazı ilə məşhurlaşıb. Onun karyerasındakı digər diqqətəlayiq layihələr arasında "Midsomer Murders" televiziya serialı, "Hooligans" kinofrançizası, eləcə də "Centurion" və "Star Trek Into Darkness" filmləri var.

Xatırladaq ki, 2021-ci ildə Britaniya Film Akademiyası aktyoru fəxri BAFTA mükafatından məhrum etmişdi. Buna səbəb isə "The Guardian" qəzetində iyirmi qadının aktyora qarşı ciddi cinsi qısnama ittihamları irəli sürdüyü məqalənin dərc olunması idi.

 

(oxu.az)

Link kopyalandı!
Son xəbərlər