21:18
0°C
Bakı
“The Washington Post“ maliyyə problemlərinə görə əməkdaşların kütləvi ixtisarına başlayır.
Moderator.az xəbər verir ki, bu barədə “Reuters“ mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, qəzet idman bölməsini tamamilə ləğv edəcək və beynəlxalq xəbərlər bölməsinin əməkdaşlarının sayını azaldacaq.
Nəşrin İcraçı redaktoru Matt Murray ixtisarlar barədə əməkdaşları məlumatlandırılıb və bunun bütün şöbələri əhatə edəcəyi qeyd olunub.
Bildirilir ki, qəzet siyasət və dövlət idarəçiliyi mövzularında yazılara yer verməyə davam edəcək.