21:18
0°C
Bakı
Bu gün Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtona səfər edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ahror Burxanov öz "Telegram" kanalında bildirib.
"Fevralın 4-də Özbəkistanın XİN rəhbəri Baxtiyor Saidovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-nin paytaxtı Vaşinqtona səfər edəcək. Səfər çərçivəsində kritik əhəmiyyətli minerallar üzrə nazirlər səviyyəsində görüşdə iştirak, həmçinin bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılıb", - məlumatda bildirilib.