Mayamidə Trampın qızıldan heykəli ucaldılacaq
Dünya
193
18:10, Bu gün

Mayamidə Trampın qızıldan heykəli ucaldılacaq

Mayamidə Donald Trampın 4.5 metr hündürlüyündə qızıl və misdən hazırlanmış heykəli ucaldılacaq. Heykəlin gövdəsi misdən düzəldilib, üzəri isə qızıl ilə örtüləcək.

Moderator.az-ın bu barədə "Independent"ə istinadən məlumat verir.

Floridanın cənubundakı "Trump National Doral" qolf kurortunda 6 metrlik postament üzərinə qoyulacaq heykəl rəssam Alan Kottrell tərəfindən sifarişlə hazırlanıb. Lakin o sifarişə görə pulun tam ödənilməməsi səbəbindən hazırda Ohayodakı sexdə saxlanılır.

Kottrell vəd olunmuş 150 min dollar məbləğinin cəmi 60 min dollarını alıb və iddia edir ki, kriptoinvestorlar onun işini qanunsuz istifadə ediblər.

Bu arada, fevralda ABŞ-ın birinci xanımı Melaniya Tramp haqqında sənədli film premyerasında 2.9 milyon dollar qazanılıb. Filmin yaxın onillikdə ən uğurlu sənədli film olacağı proqnozlaşdırılır.

Link kopyalandı!
Son xəbərlər