17:07
7°C
Bakı
İsveç və Danimarka Ukraynanı müştərək olaraq havadan müdafiə sistemləri ilə təmin edəcək.
Moderator.az “Reuters“ə istinadən xəbər verir ki, havadan müdafiə sistemlərinin ümumi dəyəri 290 milyon dollar həcmində olacaq.
Sözügedən havadan müdafiə sisteminin “Tridon” olduğu bildirilib ki, bu sistemlərlə bağlı xərclərin əksəriyyəti İsveç tərəfindən ödəniləcək.
İsveçin müdafiə naziri Pal Conson bildirib ki, Kiyevə veriləcək sistemlər sadəcə Ukraynanın təhlükəsizliyini gücləndirməyəcək, həm də İsveçin istehsal qabiliyyətini artıracaq.
Qeyd edək ki, “Tridon” havadan müdafiə sistemi İsveç istehsalıdır və Danimarka bu sistemlərin Ukraynaya tədarükünə maliyyə dəstəyi verəcək.