Mən onunla iş görürəm, o, bossdur – Tramp
Dünya
219
11:18, Bu gün

Mən onunla iş görürəm, o, bossdur – Tramp

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpini "boss" adlandırıb.

O, bu barədə Floridaya uçarkən jurnalistlərə açıqlamasında deyib.

Amerika liderindən Çində başlayan yüksək rütbəli hərbi rəhbərliyin təmizlənməsi və bu faktın Tayvanı nə dərəcədə təhdid edə biləcəyi barədə şərh verməsi istənilib.

Tramp sualdan yayınaraq deyib: "Mənim baxış bucağımdan Çində bir boss var və o da sədr Sidir. Mən onunla iş görürəm. Sədr Si bossdur. Mən onu çox yaxından izləyirəm və o, Çində çox hörmətlidir. O, bossdur".

Tramp daha əvvəl "Daily Mail" qəzetinə verdiyi açıqlamada Çin prezidenti ilə demək olar ki, həftədə bir dəfə danışdığını bildirmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər