İranda etirazlarda təhlükəsizlik qüvvələrinin daha 7 əməkdaşı öldürülüb
Dünya
749
10 Jan 2026 | 16:10

İranda etirazlarda təhlükəsizlik qüvvələrinin daha 7 əməkdaşı öldürülüb

İranın Xorasan bölgəsində təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı öldürülüb.

Moderator.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, Məşhəd şəhərində ümumilikdə 7 təhlükəsizlik qüvvəsi etirazçılar tərəfindən qətlə yetirilib.

Qeyd edək ki, İranda ümumxalq etirazlarında ən azı 65 nəfər, o cümlədən 7 yeniyetmə öldürülüb, etirazlarda yüzlərlə insan yaralanıb.

Xatırladaq ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları 13 gündür davam edir.

Link kopyalandı!
Son xəbərlər