08:30
8°C
Bakı
Rusiya ordusunun Ukraynanın Odessa vilayətində iki gəmiyə zərbə endirməsi nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Moderator.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş nazirinin müavini, icmalar və ərazilərin inkişafı naziri Aleksey Kuleba məlumat verib.
Onun sözlərinə görə, Çornomorsk limanına taxıl yükləməyə gedən Sent-Kits və Nevisə bayraqlı mülki gəmi Rusiya ordusuna məxsus PUA-nın hücumuna məruz qalıb.
Nazirin sözlərinə görə, Odessa limanı yaxınlığında Komor adalarının bayrağı altında soya daşıyan daha bir gəmi vurulub.
"Hücum nəticəsində təəssüf ki, Suriya vətəndaşı olan heyət üzvü həlak olub. Bu, dəhşətli müharibə cinayətidir!" – nazir vurğulayıb.