06:19
8°C
Bakı
İranın şimal-şərqindəki Esferayen şəhərinin prokuroru Əli Əkbər Hüseynzadə öldürülüb.
Moderator.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası yerli rəsmilərə istinadən məlumat yayıb.
Hadisə zamanı hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı da həlak olub.
"Əksəriyyəti Esferayen şəhərinin və ya Şimali Xorasan bölgəsinin sakinləri olmayan bir qrup iğtişaşçı prokurorun və hüquq-mühafizə orqanları əməkdaşlarının yerləşdiyi binanı yandırıb və təcili yardım xidmətlərinin kömək göstərməsinə mane olublar", - deyə xəbərdə bildirilib.