Zelenski təhlükəsizlik zəmanətləri üzrə danışıqlar üçün ABŞ-a səfər etməyə hazırdır
Dünya
742
09 Jan 2026 | 17:20

Zelenski təhlükəsizlik zəmanətləri üzrə danışıqlar üçün ABŞ-a səfər etməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparmaq məqsədilə ABŞ-a səfər etməyə hazırdır.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “RBK-Ukraina”ya açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, səfər ABŞ tərəfindən müvafiq siyasi siqnal verildiyi təqdirdə baş tuta bilər.

“Prezident də, nümayəndə heyəti də ABŞ-a yola düşməyə və Ukrayna üçün ədalətli sülhün maksimum dərəcədə yaxınlaşması naminə prosesi sürətləndirməyə hazırdır”, – Sibiqa vurğulayıb.

O qeyd edib ki, hazırda bir sıra istiqamətlər üzrə irəliləyiş əldə olunub. Bunlara sənədlərin məzmununun razılaşdırılması, onların hüquqi mahiyyətinin anlaşılması, eləcə də yekunlaşdırma üçün addımların ardıcıllığı daxildir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər