14:52
14°C
Bakı
Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Ukrayna, ABŞ və Aİ ölkələrindən olan nümayəndə heyətləri arasında görüşlərdən bir gün sonra Fransa paytaxtında görülüb.
Moderator.az "ЕЖ" (keçmiş Brief) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 7 yanvarda Rusiya prezidentinin xüsusi nümayəndəsi Yelisey Sarayının yaxınlığında yerləşən ABŞ səfirliyini ziyarət edib.
Qeyd edək ki, yanvarın 6-da Parisdə "könüllülər koalisiyası"nın görüşü olub. Görüşdə Ukrayna üçün Təhlükəsizlik Zəmanətləri Bəyannaməsi imzalanıb.