Dubaydan Moskvaya uçan "Utair" aviaşirkətinə məxsus təyyarə həyacan siqnalı verərək bir saat havada dövr edib.
Moderator.az xəbər verir ki, bu barədə “Qazeta.ru” Flightradar xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Boeing 767-224 (UT 716 reysi) “Al-Maktum” aeroportundan havaya qalxıb və Moskva vaxtı ilə 21:15-də “Vnukovo” aeroportuna enməli imiş. Lakin havaya qalxdıqdan bir müddət sonra təyyarənin heyəti “7700” fövqəladə kodunu göndərib.
Təyyarə yerli vaxtla 18:37-də (Moskva vaxtı ilə 17:37) “Al-Maktum” hava limanına eniş edib.
"Utair" şirkətindən bildirilib ki, sərnişinlər və ekipaj üzvləri ilə bağlı hər hansı narahatlıq yoxdur.
Şirkət açıqlayıb ki, heyət texniki səbəblərə görə uçuşun başladığı aeroporta geri dönməyi qərara alıb. Enişdən əvvəl təyyarə tənzimləmələrə uyğun olaraq icazə verilən çəkiyə çatmaq üçün yanacağı sərf etməli imiş.