121 yaşlı kişi doğum gününü qeyd edib öldü
Dünya
1227
08 Jan 2026 | 17:07

121 yaşlı kişi doğum gününü qeyd edib öldü

Cənubi Afrikada dünyanın ən yaşlı kişisi olduğunu iddia edən Jan Stinberg adlı şəxs doğum gününü qeyd etdikdən cəmi bir neçə saat sonra astma tutmasından vəfat edib.

Moderator.az "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə Yeni il günü Cənubi Afrikanın Şərqi Keyp vilayətində yerləşən Kolçester kəndində baş verib.

O, 14 yaşından etibarən siqaret çəkdiyini və 121 yaşında olduğunu iddia edirdi. Onun bu iddiası təsdiqlənsəydi, dünyanın yaşayan ən yaşlı kişisi hesab edilərdi. Lakin 31 dekabr 1904-cü ildə doğulduğunu deyən bu şəxs rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı yaşayan kişisi kimi tanınmayıb.

121 yaşlı kişi doğum gününü qeyd edib öldü

Qeyd edək ki, hazırda bu titul braziliyalı Joan Marinhu Netoya məxsusdur.

Jan ömrü boyu qəbirqazan, balıqçı və qolf meydançasında köməkçi kimi çalışıb.

O, hər iki dünya müharibəsinin, aparteid dövrünün vəhşiliklərinin və COVID-19 pandemiyasının şahidi olub.

2025-ci ildə verdiyi müsahibə zamanı uzunömürlülüyünü imanı ilə əlaqələndirərək, hələ də sağ qalmasının səbəbinin Tanrı olduğunu bildirib:

"Tanrı mənim oksigenim və xilaskarımdır. Baxmayaraq ki, mən 14 yaşımdan bəri siqaret çəkirəm. O vaxtlar siqaretləri oğurlayırdım".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər