01:45
7°C
Bakı
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində yüksək rütbəli polis zabiti öldürülüb.
Moderator.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Səhər tezdən bir zabit "naməlum silahlı hücumçular" tərəfindən güllələnərək ölüb.
Ölən şəxsin Mahmud Həqiqət olduğu müəyyən edilib.
Medianın məlumatına görə, separatçı silahlı qruplaşma olan "Ceyş əl-Ədl"in üzvləri onun avtomobilinə atəş açıblar. Bir neçə nəşr onun şəhərin polis rəisinin müavini vəzifəsində leytenant rütbəsinə sahib olduğunu qeyd edir.
Qətlin baş vermə şəraiti açıqlanmayıb.