22:53
5°C
Bakı
Türkiyə Futbol Federasiyası (TFF) mərc oynanması ilə bağlı aparılan araşdırma çərçivəsində yeni qərarlar qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə TFF məlumat yayıb.
Bildirilib ki, qurum tərəfindən aparılan araşdırmaya əsasən, son beş ildə həmin şəxslərin mərc oyunları ilə məşğul olduqları üzə çıxıb. İstintaq çərçivəsində 108 məşqçi və 104 futbol meneceri Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərilib.
İntizam Komitəsinin 57-ci maddəsinə uyğun olaraq onlar barədə araşdırma aparılacaq.

