ABŞ İrana qarşı sanksiyalar tətbiq etdi
Dünya
178
30 Dec 2025 | 23:57

ABŞ İrana qarşı sanksiyalar tətbiq etdi

ABŞ nüvə silahlarının yayılmaması məsələsində İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Moderator.az bu barədə ABŞ Maliyyə Nazirliyinin (USDT) saytına istinadən xəbər verir.

Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) xüsusi kateqoriyalar siyahısına (SDN) İrandan olan üç təşkilat daxil edilib: "Fanavari Electro Moj Mobin" və "Kavoshgaran Asman Moj Ghadir" şirkətləri, həmçinin "Pardisan Rezvan Shargh" beynəlxalq özəl səhmdar cəmiyyəti.

Bundan əlavə, siyahıya İranın beş və Venesuelanın bir vətəndaşı da əlavə edilib.

Link kopyalandı!
Son xəbərlər