Bricit Bardonun dəfn tarixi açıqlandı
Dünya
339
29 Dec 2025 | 23:54

Bricit Bardonun dəfn tarixi açıqlandı

Fransalı aktrisa Bricit Bardonun dəfn mərasimi yanvarın 7-də Sen-Trope qəbiristanlığında keçiriləcək.

Moderator.az bildirir ki, bu barədə "Brigitte Bardot Foundation" təşkilatı BFMTV telekanalına məlumat verib.

Bricit Bardo ilə vida mərasimi yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 14:00 - red.) Notr-Dam-de-l'Assompsyon kilsəsində başlayacaq.

Təşkilatın məlumatına əsasən, mərasimə yalnız dəvətnamə ilə qatılmaq mümkün olacaq. Bununla yanaşı, tədbir Sen-Tropenin limanında və kurortun mərkəzində yerləşən Lis meydanında quraşdırılmış iki böyük ekranda canlı yayımlanacaq.

Qeyd edək ki, Bricit Bardo dekabrın 28-də 91 yaşında vəfat edib.

Link kopyalandı!
Son xəbərlər