İranda yüksək keyfiyyətli benzinin qiyməti artıb
Dünya
318
25 Dec 2025 | 22:30

İranda yüksək keyfiyyətli benzinin qiyməti artıb

İranda satışına başladılan yüksək keyfiyyətli benzinin litri 800 min rial, təxminən bir manata qaldırılıb.

Moderator.az xəbər verir ki, bu barədə İranın neft naziri Mohsen Paknejad məlumat yayıb.

Belə ki, dekabrın 25-də yüksək keyfiyyətli benzinin satışı ilə bağlı pilot layihəyə start verilib. Lakin qiymət artımı birmənalı qarşılanmayıb.

M.Paknejad bildirib ki, pilot layihə istehlakçı tələbatını və qiymət artımını sınaqdan keçirmək üçün hazırlanıb. "Azı 17 şirkət artıq bu benzini idxal etmək üçün icazə alıb, lakin onların bazara daxil olması pilot mərhələnin nəticəsindən və istehlakçıların son qiymətə reaksiyasından asılı olacaq", - nazir qeyd edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər