23:05
11°C
Bakı
ABŞ sülh razılaşmasına nail olmaq üçün Rusiyanın Krım və Ukraynanın işğal etdiyi digər əraziləri üzərində nəzarətini tanımağa hazır olduğu iddia edilir.
Moderator.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffu və kürəkəni Cared Kuşneri Rusiya Prezidenti Vladimir Putinə birbaşa razılaşma təklifi vermək üçün göndərib.
Bildirilir ki, Ukraynanın işğal olunmuş əraziləri üzərində Rusiyanın nəzarətini tanımaq planı, Ukraynanın Avropa tərəfdaşlarının narahatlığına baxmayaraq, çox güman ki, həyata keçiriləcək.