Bu ölkəni super qasırğa vuracaq
Dünya
271
17:16, Bu gün

Bu ölkəni super qasırğa vuracaq

Filippində “Funq-Vonq” adlı super qasırğasının yaxınlaşması səbəbindən 916 min 863 nəfər təhlükəsiz rayonlara təxliyə edilib.

Moderator.az xəbər verir ki, bu barədə Filippin Fövqəladə Hallar Agentliyinin rəis müavini Rafaelito Alehandro məlumat verib.

Qasıeğanın bazar günü axşam Filippini vuracağı gözlənilir. “Funq-Vonq”un qasırğasının mərkəzində küləyin sürəti saatda 230 kilometrə çatır və qasırğanın təsiri demək olar ki, bütün ölkəni əhatə edə biləcəyi gözlənilir. Proqnozlara görə, Katanduanes adası təbii fəlakətin episentrində olacaq. Katanduanes adasında artıq güclü külək və leysan yağışlar müşahidə olunur, sahil yolları su altında qalıb.

Hakimiyyət orqanları artıq fövqəladə tədbirlər görür. Luzon adasında məktəblər və dövlət idarələri bağlanıb, paytaxt Manila hava limanında 300-ə yaxın reys ləğv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl bölgədə baş verən "Kalmaegi" qasırğası 224 nəfərin ölümünə səbəb olub

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər