Zöhran Mamdaninin Nyu-York meri seçilməsi: dünya mediası nə yazır?
Dünya
234
20:10, Bu gün

Zöhran Mamdaninin Nyu-York meri seçilməsi: dünya mediası nə yazır?

"Mamdani artıq yalnız şəhərin meri deyil, ölkə üzrə yeni siyasi dalğanın rəmzidir..."

Xəbər verildiyi kimi, Nyu-Yorkun meri vəzifəsinə ilk dəfə olaraq müsəlman əsilli seçllib. "Vedomosti" nəşrinin yazdığına görə, müxtəlif xarici media orqanları Mamdaninin qalibiyyətini ABŞ-da dəyişən siyasi xəritənin göstəricisi kimi dəyərləndirir.

Gənc yaşda tarixi qalibiyyət

Noyabrın 5-də demokrat-sosialist Zöhran Mamdani Nyu-Yorkun 111-ci meri seçilib. O, səslərin 50,3 faizini toplayıb və 2026-cı il yanvarın 1-də and içəcək. Xarici mətbuat xüsusilə bu faktı vurğulayır: O, son 100 ilin ən gənc meri olacaq -cəmi 34 yaşı var. Nyu-Yorkun tarixində ilk müsəlman və Cənubi Asiya mənşəli merdir.

"New York Post" yazır ki, şəhər elitası Mamdaninin seçilməsinə "mane olmaq üçün pul, təzyiq və təhqirlərdən" istifadə edib. Onlar hətta onun hakimiyyətə gəlməsini "kommunist yayının başlanğıcı" adlandırıb. Qəzet hətta onun şəkli ilə titul səhifə dərc edib - fonunda göydələnlər, əlində isə "oraq və çəkic".

"Reuters" qeyd edir ki, Mamdaninin qalibiyyəti şəhərdə uzun müddət davam edən siyasi qarşıdurmaları üzə çıxarıb. Redaksiya yazır ki, o, "gizli namizəddən" qısa müddətdə şəhərin ən tanınan fiqurlarından birinə çevrilib.

"The Guardian" isə bu seçkiləri ABŞ-da ictimai əhvalın indikatoru adlandırır. Nəşr hesab edir ki, Mamdaninin qalibiyyəti Tramp administrasiyasına qarşı əhval-ruhiyyənin güclənməsini göstərir.

"Korrupsiya bitəcək, zənginlər ödəməlidir"

Bir çox media orqanları Mamdaninin proqramını "kəskin sosialist vədləri" kimi təsvir edir: Vergilər zənginlərdən artırılacaq, kirayə qiymətləri dondurulacaq, ictimai xidmətlər- uşaq bağçaları, avtobuslar, hətta bələdiyyə supermarketlərin pulsuz olacaq.

"The Economist" yazır ki, Mamdani "enerji və cəsarətlə" hər platformada - "Fox News"-dan tutmuş gecə klublarına qədər mövqeyini müdafiə edib. Eyni zamanda nəşr xəbərdarlıq edir ki, bu proqramın həyata keçirilməsi "çox bahalı başa gələcək" və kirayə dondurulması "qalanlar üçün mənzil qiymətlərini yüksəldə bilər".

CNN qeyd edir: əgər Mamdani sözünü tutsa, Nyu-York digər şəhərlər üçün nümunəyə çevriləcək, əgər alınmasa ,bu, bütün sol qüvvələr üçün xəbərdarlıq olacaq.

"Le Parisien" Mamdanini "anti-Tramp ismarıcı" adlandırır və yazır ki, onun qısa videoları, yumorla qarışan sərt ritorikası gənclərin rəğbətini qazanıb.

Siyasi nəticələr və qarşıdurmalar

Xarici media həm də siyasi risklərə, xüsusilə Tramp ilə mümkün qarşıdurmaya diqqət çəkir.

"NBC News" yazır ki, Mamdani həm soldan sevilir, həm də sağ üçün "qorxulu fiqurdur". Respublikaçılar artıq onun siyasi baxışlarını digər demokrat namizədlərə qarşı istifadə etməyə başlayıb.

"Associated Press" agentliyi bildirir ki, Mamdaninin bəzi bəyanatları, xüsusən sərvətin cəmlənməsi və İsrail mövzusu Nyu-Yorkun biznes elitası və yəhudi icmasının bir hissəsində narazılıq yaradıb.

"Der Spiegel" isə yazır ki, Tramp əvvəlcədən Mamdaniyə qarşı mövqe tutub və onun mer kimi parlaması Respublikaçıların planlarını çətinləşdirə bilər.

Zöhran Mamdaninin qələbəsi yalnız Nyu-York siyasətinin yox, həm də ABŞ siyasi sisteminin dönüş nöqtəsi kimi qiymətləndirilir. Dünya mediası həm razı, həm tənqidi yanaşır, amma bir məsələdə yekdildir: Mamdani artıq yalnız şəhərin meri deyil, ölkə üzrə yeni siyasi dalğanın rəmzidir.

Moderator.az

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər