02:30
14°C
Bakı
ABŞ ordusu Rusiya və Çin kəşfiyyat peyklərinin fəaliyyətini pozan iki yeni silah sistemini işə salmağa hazırlaşır.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ Kosmik Qüvvələrinə istinadən məlumat yayıb.
"Meadowlands" və "Remote Sensing Terminals" (RMT) adlandırılan yeni sistemlər 2020-ci ildə istifadəyə verilən mövcud Əks Rabitə Sisteminə qoşulacaq. Bu sistemlər dünyanın hər yerində yerləşdiriləcək və artan Çin kosmik təhlükəsinə qarşı mübarizə aparacaq.
ABŞ Kosmik Qüvvələrinin məlumatına görə, iyul ayı etibarilə Çinin orbitində 1189-dan çox peyki var ki, bunlardan 510-dan çoxu kəşfiyyat və müşahidə üçün istifadə olunur. Bu peyklər Çinə ABŞ təyyarədaşıyan gəmilərini, digər qüvvələrini və hava bölmələrini aşkar etməyə imkan verir.