Tiktoka qarşı cinayət işi açıldı
Dünya
508
04 Nov 2025 | 23:40

Tiktoka qarşı cinayət işi açıldı

Fransa prokurorluğu Tiktok sosial şəbəkəsinin uşaqların psixi sağlamlığını qorumaqda laqeydlik göstərməsi ilə bağlı istintaq başladıb.

Moderator.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Məlumata görə, bu, sosial şəbəkələrdə azyaşlıların qorunması məsələsi üzrə Fransada ilk belə cinayət işidir. İstintaq Fransanın sosialist deputatı Artur Delaportun rəhbərlik etdiyi parlament araşdırmasının nəticələrindən sonra başlanıb. Delaport sentyabrın 11-də araşdırmanın hesabatını təqdim edib.

“Komissiyamızın müşahidələri göstərir ki, Tiktokun alqoritmi cəmi bir neçə qarşılıqlı əlaqədən sonra istifadəçiləri zərərli, narahatlıq yaradan və depressiv məzmunlara yönləndirir”, - o bildirib.

Qeyd edilir ki, Paris polisinin kibercinayətkarlıq bölməsi oktyabrın sonunda rəsmi istintaqa start verib.

Link kopyalandı!
Son xəbərlər