00:48
13°C
Bakı
Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu orqanlarını "e-Nabız" sistemi vasitəsilə rəqəmsal şəkildə bağışlayıb.
Moderator.az TRT-yə istinadən xəbər verir ki, nazir orqan bağışlanmasının insan həyatını xilas etdiyini bildirib.
"Bizim inancımıza görə, bir həyatı xilas etmək bütün dünyanı xilas etmək kimidir. Bunu cəmiyyətə izah etməliyik", - deyə o bəyan edib.
Nazir vurğulayıb ki, Türkiyə orqan transplantasiyasında dünya üçün nümunə ola biləcək bir ölkədir.