Yük və sərnişin qatarı toqquşdu - Ölənlər var
Dünya
664
04 Nov 2025 | 19:20

Yük və sərnişin qatarı toqquşdu - Ölənlər var

Hindistanın Çhattisqarh əyalətinin Bilaspur rayonunda yük və sərnişin qatarı toqquşub. Qəza nəticəsində altı nəfər ölümcül xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.

Məlumata görə, MEMU şəhərətrafı qatarı yük qatarının arxasına çırpılıb. Zərbənin gücü daha çox sərnişin qatarının birinci vaqonunda hiss edilib.

Toqquşma zamanı bir neçə vaqon relsdən çıxıb.

Qəza digər qatarların hərəkətini də pozub, bir neçə qatarın hərəkət istiqaməti dəyişdirilib və ya tamamilə ləğv edilib.

Hakimiyyət orqanları hadisənin səbəbini araşdırırlar.

Link kopyalandı!
Son xəbərlər