Aİ rəsmisi:
Dünya
252
18:30, Bu gün

Aİ rəsmisi: "Aİ-nin genişlənməsi onun gələcəyinə investisiyadır"

Avropa İttifaqının (Aİ) genişlənməsi Avropa Komissiyasının əsas məqsədlərindən biridir və Aİ-nin gələcəyinə investisiya kimi nəzərdən keçirilir.

Moderator.az-ın Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü genişlənmə prosesinin davam etdirilməsinin nə qədər vacib olduğunu göstərib. Bu addım Avropa İttifaqını daha güclü edəcək, onun geosiyasi əhəmiyyətini artıracaq, həmçinin Avropanın siyasi və iqtisadi imkanlarını gücləndirəcək.

Ali nümayəndə əlavə edib ki, müharibə səbəbindən daha çətin vəziyyətdə olan Ukrayna üçün Aİ-yə üzvlük perspektivi gələcək təhlükəsizlik və müdafiənin təminatıdır.

K.Kallas həmçinin vurğulayıb ki, Aİ-yə qoşulma prosesində daha çox irəli getmiş ölkələr Monteneqro və Albaniya olaraq qalır, onlar islahatların həyata keçirilməsində və milli qanunvericiliyin İttifaqın normalarına uyğunlaşdırılmasında nəzərəçarpan uğurlar nümayiş etdirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər