Neft emalı zavodunda güclü yanğın - Ölən və yaralananlar var
Dünya
648
04 Nov 2025 | 17:37

Neft emalı zavodunda güclü yanğın - Ölən və yaralananlar var

İranda "Eyvanki" neft emalı zavodunda güclü yanğın baş verib. Ən azı bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə "Mehrnews" məlumat yayıb.

Qeyd olunur ki, müəssisə Semnan əyalətinin Cənnət-Abad sənaye şəhərində yerləşir. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər.

Məlumata görə, yanğının lokallaşdırılması işləri davam edir. Yanğının dəqiq səbəbləri araşdırılır.

Link kopyalandı!
Son xəbərlər