Gürcüstanın Aİ-yə daxil olması prosesi dayanıb
Dünya
304
17:08, Bu gün

Gürcüstanın Aİ-yə daxil olması prosesi dayanıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi faktiki olaraq dayanıb.

Moderator.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının press-relizində bildirilib.

Avropa Komissiyası Gürcüstan hökumətini siyasi kursunu dəyişməyə və Aİ-yə qoşulma yoluna dönməyə çağırıb.

"Avropa Komissiyası Gürcüstanı yalnız nominal olaraq üzv ölkə hesab edir. 2024-cü ildən ölkədə vəziyyət kəskin şəkildə pisləşib, qanunun aliliyinin sürətlə sarsılması və fundamental hüquqlara ciddi məhdudiyyətlər ilə müşayiət olunan ciddi demokratik geriləmə müşahidə olunub" , - məlumatda deyilir.

Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər