Polşa öz
Dünya
304
16:55, Bu gün

Polşa öz "dron divarı"nı yaratmaq niyyətindədir

Polşa Avropa İttifaqının digər ölkələrini gözləmədən öz "dron divarı"nı yaratmaq niyyətindədir.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı Polşa müdafiə nazirinin müavini Cezari Tomçikə istinadla "Bloomberg" agentliyi yayıb.

Tomçik bildirib ki, artıq noyabr ayında Polşa hökuməti hava hücumundan müdafiə proqramı çərçivəsində düşmən dronlarını aşkarlayan, qarşısını alan və zərərsizləşdirən texnologiyalara investisiya yatırılacağını açıqlayacaq. Lakin o, "dron divarı"na nə qədər vəsait yatırılacağını açıqlamayıb.

Agentlik Tomçikin "Biz bütün Avropa İttifaqı üzərində hava məkanının müdafiəsinin gücləndirilməsi ideyası ilə razıyıq, xaricdən təklifləri və həlləri nəzərdən keçirməyə hazırıq. Lakin biz milli layihələrə üstünlük veririk" sözlərini sitat gətirib.

Nazir müavini onu da əlavə edib ki, gələcəkdə Avropanın pilotsuz uçuş aparatlarından müdafiə sistemi Polşa sistemini tamamlaya bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər