Türkiyədə arvadını öldürən azərbaycanlı ifadə verdi:
Dünya
523
16:30, Bu gün

Türkiyədə arvadını öldürən azərbaycanlı ifadə verdi: "Uşaqlara bax dedi"

Türkiyənin Bursa vilayətində arvadını öldürən azərbaycanlı gənc ifadə verib.

Moderator.az xəbər verir ki, NTV telekanalı məlumat yayıb.

Hadisəni törədən 27 yaşlı Salican Mehmet ifadəsində cinayətin səbəbini açıqlayıb. O, psixoloji problemlərinin olduğunu qeyd edib.

S.Mehmetin sözlərinə görə, arvadı, 20 yaşlı Arzu Xəlilova alış-verişə gedəcəyini, buna görə də 3.5 və 2 yaşlı qızlarına onun baxmalı olduğunu bildirib. Salican isə bundan hiddətlənib və bıçaqla arvadına hücum edib.

Qeyd edək ki, 75 bıçaq xəsarəti alan Arzu xəstəxanada vəfat edib. Hadisədən sonra S.Mehmet əlindəki bıçaqla birgə polis tərəfindən saxlanılıb.

Məlumata görə, cütlük dörd il bir yerdə yaşayıb. Araşdırma zamanı qatilin əvvəllər narkotik vasitələr və qanunsuz olaraq silah saxlama, həmçinin A.Xəlilova yetkinlik yaşına çatmadığı halda onunla cinsi əlaqədə olduğu üçün ittiham edildiyi üzə çıxıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər