Dünya
476
16:25, Bu gün

"J Street": "İsraillə İran arasında ikinci müharibə mümkündür və bu dəfə daha şiddətli ola bilər"

ABŞ-də İsrail tərəfdarı liberal təşkilat kimi tanınan "J Street" yeni hesabatında İsraillə İran arasında ikinci müharibə ehtimalının artdığı barədə xəbərdarlıq edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Təşkilatdan bildirilib ki, tərəflərin hazırkı vəziyyəti və son aylarda apardıqları hazırlıqlar növbəti qarşıdurmanın əvvəlkindən daha intensiv olacağını göstərir.

Hesabatda qeyd olunur ki, hazırda iki ölkə arasında nə rəsmi razılaşma, nə də atəşkəs mövcuddur. Sakitliyin qorunmasının böyük ölçüdə ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu yeni hərbi əməliyyatlardan çəkindirə bilməsindən asılı olduğu bildirilir.

"J Street"in məlumatına görə, İsraildə bəzi rəsmilər son toqquşmanı "İranla birinci müharibə" kimi qiymətləndirir və hesab edirlər ki, mümkün ikinci mərhələdə hücumların hədəfi daha çox İranın raket proqramı və dövlət strukturları olacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər