23:10
13°C
Bakı
ABŞ-ın 46-cı vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Qeyd edilib ki, Çeyni pnevmoniya, ürək və damar xəstəliklərinin ağırlaşması səbəbindən bazar ertəsi gecə vəfat edib.
Dik Çeyni Corc Buş administrasiyası dövründə ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışıb.