Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    Rusiyanın Kamçatka bölgəsində 6.3 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
 
                                            
                                            
                                            
                                            
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
 
Zəlzələ Petropavlovsk-Kamçatskidən 158 km məsafədə baş verib. Episentri 38,2 km dərinlikdə yerləşib.
 
İlkin məlumatlara görə, regionun paytaxtında təkanın intensivliyi 4 bal qiymətləndirilib.
 
Bir saat əvvəl 6,2 maqnitudalı zəlzələ baş vermişdi. Sunami təhlükəsi elan olunmayıb.