Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Kamçatka bölgəsində 6.3 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 158 km məsafədə baş verib. Episentri 38,2 km dərinlikdə yerləşib.
İlkin məlumatlara görə, regionun paytaxtında təkanın intensivliyi 4 bal qiymətləndirilib.
Bir saat əvvəl 6,2 maqnitudalı zəlzələ baş vermişdi. Sunami təhlükəsi elan olunmayıb.