Kolumbiyada polis idarəsi yaxınlığında partlayış: ölənlər var
Dünya
1051
00:28, Bu gün

Kolumbiyada polis idarəsi yaxınlığında partlayış: ölənlər var

Kolumbiyanın Suares şəhərində polis idarəsi yaxınlığında partlayış baş verib.

Moderator.az xəbər verir ki, partlayış nəticəsində 30-a yaxın binaya ziyan dəyib. Hadisə zamanı azı iki nəfər həyatını itirib, bir neçə yaralı var.

Yerli KİV-lər bildirir ki, bazar ertəsi gecə polis idarəsinin yaxınlığında park edilmiş partlayıcı ilə dolu avtomobil partlayıb. Həyatını itirənlər polis idarəsinin yaxınlığında yerləşən hotelin qonaqlarıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər