MDB Təhlükəsizlik Şurasının katibləri təhlükəsizliyə təhdidləri müzakirə edəcəklər
Dünya
1080
03 Nov 2025 | 22:50

MDB Təhlükəsizlik Şurasının katibləri təhlükəsizliyə təhdidləri müzakirə edəcəklər

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin noyabrın 5-də keçiriləcək görüşündə birlik məkanında təhlükəsizliyə çağırışlar və təhdidlər müzakirə olunacaq.

Bu barədə Moderator.az Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Tədbirə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu rəhbərlik edəcək. İclasın gündəliyinə Birlik çərçivəsində humanitar və təhsil sahəsində əməkdaşlığın inkişafı məsələləri də daxildir.

Bundan əlavə, işgüzar proqram, kinoforum, film nümayişləri, sərgilər, mühazirələr, maarifləndirici tədbirlər, ustad dərsləri, qala-konsert və digər tədbirləri əhatə edən Rusiya və MDB xalqlarının birinci beynəlxalq festivalının nəticələrinin xülasəsi planlaşdırılır.

Link kopyalandı!
Son xəbərlər