Cənubi Koreya prezidenti dövlət aktivlərinin satışının dərhal dayandırılmasını tapşırdı
Dünya
1075
03 Nov 2025 | 21:20

Cənubi Koreya prezidenti dövlət aktivlərinin satışının dərhal dayandırılmasını tapşırdı

Cənubi Koreya Prezidenti Li Cje Men bu gün dövlət aktivləri ilə bağlı bütün satışların təxirəsalınmadan dayandırılması haqqında fərman imzalayıb və hökumət qurumlarına cari və ya nəzərdən keçirilən sövdələşmələrə yenidən baxılması tapşırığını verib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Koreya Respublikasının prezidenti ilə görüşmək üçün bu ölkəyə işgüzar səfər edib. "The Guardian"ın yazdığına görə, 350 milyard dollarlıq sövdələşmə üzrə danışıqlarda irəliləyiş hələlik əldə olunmayıb.

Bildirilir ki, bu məsələ Seulun mövqeyi səbəbindən müşkülə düşüb. Belə ki, Seul ABŞ iqtisadiyyatına birbaşa pul köçürmələrindən imtina edərək, bunun əvəzinə kreditlər və zəmanətlərlə bağlı sxemlər təklif edir. Nəticədə Cənubi Koreya avtomobil idxalına 25% gömrük rüsumu ilə üzləşməyə davam edir ki, bu da "Hyundai" və "Kia" kimi avtomobil istehsalçılarını Yaponiya və Avropadakı rəqibləri ilə müqayisədə əlverişsiz vəziyyətə salır.

Link kopyalandı!
Son xəbərlər