Çexiyanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib
Dünya
737
03 Nov 2025 | 21:00

Çexiyanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Çexiyanın sabiq prezidenti Miloş Zeman paytaxt Praqada xəstəxanaya yerləşdirilib.

Moderator.az xəbər verir ki, bu barədə onun köməkçisi Lyuboş Prohazka özünün "X" səhifəsində yazıb.

"Sürücüsü Zemanı mühafizəçilərin müşayiəti ilə xəstəxanaya aparıb. Onun hərtərəfli müayinədən keçməsi gözlənilir", - deyə Prohazka bildirib.

Qeyd edək ki, 81 yaşlı sabiq dövlət başçısı bu yaxınlarda kürəyindəki şişi çıxarmaq üçün təcili əməliyyat keçirib.

Link kopyalandı!
Son xəbərlər