Qar uçqunu baş verdi - Ölənlər və itkin düşənlər var
Dünya
716
03 Nov 2025 | 19:00

Qar uçqunu baş verdi - Ölənlər və itkin düşənlər var

Nepalda qar uçqunu nəticəsində üç alpinist həlak olub, səkkiz nəfər isə itkin düşüb.

Moderator.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hadisə Katmandudan şimal-şərqdə, hündürlüyü 5630 metr olan Yalunq-Ri-Himal dağında baş verib.

Həlak olanların və xəsarət alanların şəxsiyyətləri hələ ki açıqlanmır.

"Hadisə yerinə hərbi və polis qüvvələrindən ibarət axtarış-xilasetmə qrupları göndərilib", - məlumatda bildirilib.

Link kopyalandı!
Son xəbərlər