Hakan Fidan:
Dünya
714
03 Nov 2025 | 18:25

Hakan Fidan: "HƏMAS Qəzzanın idarəetməsini fələstinlilərdən ibarət bir komitəyə təhvil verməyə hazırdır"

HƏMAS Qəzzanın idarəetməsini fələstinlilərdən ibarət bir komitəyə təhvil verməyə hazırdır.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstin Zirvəsində çıxışı zamanı deyib.

Hakan Fidan vəziyyətin son dərəcə kritik mərhələyə çatdığını bildirib.

Nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət İsrailə qarşı təzyiqləri artırmalıdır. O qeyd edib ki, İsrail humanitar yardım razılaşmasına əməl etmir və yardımlar hələ də anbarlarda saxlanılır.

Hakan Fidan əlavə edib ki, HƏMAS Qəzzanın idarəetməsini fələstinlilərdən ibarət bir komitəyə təhvil verməyə hazırdır.

Link kopyalandı!
Son xəbərlər