"Rusiya ordusu Pokrovsk və Mirnoqrad istiqamətində hücumları gücləndirərək müharibənin ağırlıq mərkəzini dəyişir..."
Pokrovsk uğrunda döyüşlər müharibənin yeni mərkəzinə çevrilib
ISW analitiklərinin məlumatına əsasən, Rusiya ordusu əsas diqqətini iki şəhərə - Pokrovsk və Mirnoqrada yönəldib. Bununla yanaşı, Kostantinovka istiqamətindəki hücumların intensivliyi azaldılıb.
Analitiklər qeyd edir ki, rus qoşunları Pokrovsk və onun ətrafında hücum əməliyyatlarını gücləndirərək şəhəri ələ keçirmək və Ukrayna müdafiə "cibini" dağıtmaq niyyətindədir. Hər iki tərəf bu istiqamətdə son günlər müəyyən taktiki irəliləyişlər əldə edib.
1 noyabr tarixli kadrlarda rus qüvvələrinin Pokrovskun cənub-şərq hissəsində irəlilədiyi, 2 noyabrda yayılan görüntülərdə isə ukraynalı hərbçilərin şimal hissəsində rus infiltrasiyasını zərərsizləşdirdiyi görünür. ISW bildirir ki, bu əməliyyatlar döyüş xəttində nəzarəti dəyişməyib.
Rusiyanın strategiyası və ağır itkilər
Rus hərbi blogerlərinin məlumatına görə, hücumlar Pokrovskun şimal-şərqinə, Mirnoqradın şimal və cənub-şərq hissələrinə, həmçinin Qnatovka və Roq istiqamətinə doğru Rusiya ordusu Pokrovsk və Mirnoqrad istiqamətində hücumları gücləndirərək müharibənin ağırlıq mərkəzini dəyişdirib. Bununla belə, Ukrayna qüvvələri Zatışk yaxınlığında bir sıra əraziləri geri alıb.
ISW analitikləri vurğulayır ki, Rusiya hazırda Pokrovsk və Mirnoqradın tam işğalını Kostantinovka-Drujkovka xətti üzərindəki əməliyyatlardan üstün tutur. 27 oktyabrda uğursuz zirehli hücumdan sonra Kostiantynivka istiqamətindəki döyüşlərin səngiməsi də bunun göstəricisidir.
Pokrovsk istiqamətində döyüşən ukraynalı tabor komandiri bildirir ki, rus ordusu təcrübəsiz əsgərləri qəsdən önə göndərərək ukraynalı dron və artilleriya atəşini üzərinə çəkir, daha sonra isə hazırlıqlı hücum bölmələri yaxın döyüşə girməyə çalışır. "Onlar eyni marşrutlardan təkrar-təkrar hücuma keçirlər və bu, ağır itkilərlə nəticələnir", - ISW məruzəsində qeyd olunur.
Cəbhənin vəziyyəti və ukraynalı ekspertlərin qiymətləndirməsi
"Strategiya 21" Mərkəzinin təhlükəsizlik layihələri rəhbəri Pavel Lakiyçukun sözlərinə görə, Pokrovsk ətrafında hazırda üç rus ordusu cəmlənib. O, bildirir ki, Ukrayna ordusu şəhəri geri almağa qadirdir, lakin bu "çox mürəkkəb və resurs tutumlu" tapşırıqdır.
Hərbi ekspert İvan Stupak isə hesab edir ki, hazırda məqsəd Pokrovsku azad etmək deyil, mühasirəyə düşmüş bölmələrin çıxışını təmin etməkdir. Onun fikrincə, bu, Ukrayna qüvvələrinin vaxt udmaq və itkiləri minimuma endirmək üçün apardığı manevr əməliyyatıdır.
Beləliklə, Rusiya cəbhədə taktiki üstünlük qazanmaq üçün bütün qüvvəsini Pokrovsk və Mirnoqrad istiqamətinə yönəldib. Lakin ağır itkilər, logistika çətinlikləri və Ukrayna ordusunun çevik müdafiəsi Moskvanın bu planlarının tezliklə reallaşmasını hələ ki mümkünsüz edir.
Moderator.az