Britaniya Ukraynaya
Dünya
787
03 Nov 2025 | 16:54

Britaniya Ukraynaya "Storm Shadow" raketləri göndərdi

Böyük Britaniya Ukraynanın Rusiya obyektlərinə zərbələr endirməyə davam edə bilməsi üçün Kiyevə əlavə uzaqmənzilli "Storm Shadow" raketləri partiyasını təqdim edib.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Qış ayları ərəfəsində Ukraynanı ehtiyatlarla təmin etmək üçün qeyd olunmamış sayda raketin tədarükü həyata keçirilib", - materialda qeyd olunur.

Verilən sursatların miqdarı dəqiq bildirilmir, tədarükün özü isə rəsmi olaraq elan edilməyib.

Qeyd edək ki, "Storm Shadow" raketləri mürəkkəb naviqasiya sistemi istifadə edərək 250 kilometrdən artıq məsafədə hədəfləri vura bilir.

Oktyabrın 31-də elan edilmişdi ki, Pentaqon Ukraynaya uzaqmənzilli "Tomahawk" raketlərinin göndərilməsinə icazə verib. Lakin sonradan Donald Tramp bildirmişdi ki, əslində ABŞ Ukraynaya "Tomahawk" raketlərinin tədarükü imkanını nəzərdən keçirmir.

Link kopyalandı!
Son xəbərlər