23:49
12°C
Bakı
Türkiyənin İstanbul şəhərində Qəzza ilə bağlı zirvə görüşü başlayıb.
Moderator.az TRT-yə istinadən xəbər verir ki, beynəlxalq görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan ev sahibliyi edir.
Zirvədə sentyabr ayında ABŞ Prezidenti Donald Trampla Qəzza görüşündə iştirak edən yeddi ölkənin - Türkiyə, BƏƏ, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri tam heyətlə iştirak edirlər.

Zirvə görüşünün gündəliyinə Qəzzada daimi atəşkəsin əldə edilməsi və bölgəyə humanitar yardımın artırılması daxildir.