İsrail ordusunun keçmiş generalı və sabiq hərbi prokuroru saxlanıldılar
Dünya
715
16:20, Bu gün

İsrail ordusunun keçmiş generalı və sabiq hərbi prokuroru saxlanıldılar

İsrail polisi fələstinli məhbuslara işgəncə verilməsini əks etdirən videonun yayılmasında əli olmaqda şübhəli bilinən ölkənin sabiq baş hərbi vəkili, general-mayor Yifat Tomer-Yeruşalmini saxlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

Bundan başqa, eyni əməldə şübhəli bilinən İsrailin keçmiş baş hərbi prokuroru Matan Solomoş da saxlanılıb.

Hər iki şəxs Təl-Əviv məhkəməsində hakim qarşısına çıxarılacaq və onların barəsində həbs qətimkan tədbiri seçiləcək.

Bir neçə gün əvvəl Tomer-Yeruşalmi istefa verib. Onun 2024-cü ilin avqustunda İsrail əsgərlərinin Sde Teyman düşərgəsində fələstinli məhbuslara əziyyət etdiklərini əks etdirən videoların yayılmasına icazə verdiyi güman olunur.

İnsan haqları təşkilatları insidentdə iştirak edən ehtiyatda olan hərbçilərin mühakimə olunmaqdan yayındıqlarını açıqlayıblar.

İstefa verdikdən qısa müddət sonra qadın general narahatlıq doğuran bir qeyd yazaraq yoxa çıxıb, lakin bir neçə saat ərzində sağ-salamat tapılıb.

Link kopyalandı!
Son xəbərlər