Bizi sosial şəbəkələrdən izləyin:
Çin "Yaogan-46" adlı Yerin məsafədən zondlama peykini müvəffəqiyyətlə orbitə çıxardıb.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı Çin Kosmik Elm və Texnologiya Korporasiyası (CASC) yayıb.
Peyk stansiyaya "Çançjen-7A" daşıyıcı raketi vasitəsilə çatdırılıb. Bildirilir ki, sözügedən peyk təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin yumşaldılması, milli torpaq və su ehtiyatlarının tədqiqi, həmçinin meteorologiya üçün istifadə olunacaq.