Ermənistanda katolikos II Qareginin qardaşı və onun oğlu saxlanılıb
Dünya
1075
02 Nov 2025 | 23:32

Ermənistanda katolikos II Qareginin qardaşı və onun oğlu saxlanılıb

Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və onun qardaşı oğlu Ambarcum Nersisyan saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə vəkil Ara Zoğrabyan "Facebook" səhifəsində yazıb.

Paylaşımda bildirilir ki, onlara qarşı xuliqanlıq və seçki təbliğatına mane olmaq ittihamı irəli sürülüb. Vəkilin sözlərinə görə, Armavir vilayətinin Vaqarşapat icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində “Respublika” partiyasından namizəd Arutyun Mkrtçyan sosial şəbəkələrdə paylaşım edərək 1 noyabrda Gevork Nersisyanın oğulları ilə birlikdə təbliğata mane olduğunu iddia edib.

Vəkil əlavə edib ki, istintaq orqanı 68 yaşlı Gevork Nersisyan və onun oğlu Ambarcum Nersisyanın həbs olunması barədə qərar qəbul edib.

Oktyabrın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, II Qaregin katolikosluq rütbəsindən məhrum edilib və patriarx taxtını qanunsuz olaraq zəbt edib. Onun sözlərinə görə, kilsə rəhbəri subaylıq andını pozub və niyə ailəsinin olduğunu izah etməlidir.

Link kopyalandı!
Son xəbərlər