01:58
17°C
Bakı
ABŞ Konqresi ölkənin keçmiş prezidenti Co Baydenin hərəkətlərini qanunsuz hesab edib.
Moderator.az-ın xəbərinə görə, bu barədə "The Washington Post" qəzeti məlumat verib.
Məlumata görə, Nümayəndələr Palatasının Nəzarət Komitəsi öz hesabatında qeyd edib ki, bəzi fərmanlar və əfvlər Baydenin xəbəri olmadan imzalanmış ola bilər, çünki onlarda avtoimzadan istifadə edilib.
Həmçinin qeyd edilib ki, keçmiş prezidentin köməkçiləri onun xəbəri olmadan hərəkət etmiş ola bilərlər və əgər Ağ Ev Baydenin bu qərarlara şəxsən razılıq verdiyini təsdiqləməzsə, Komitə onları etibarsız hesab edəcək.