Bricit Makrona tələb irəli sürüldü: Qadın olduğunu sübut etməlidir - VİDEO
Dünya
184
28 Oct 2025 | 23:20

Bricit Makrona tələb irəli sürüldü: Qadın olduğunu sübut etməlidir - VİDEO

Fransanın birinci xanımı Bricit Makron qadın olduğunu sübut etməlidir.

Moderator.az "Franceinfo"ya istinadən xəbər verir ki, bu tələb B.Makrona böhtan atmaqda təqsirləndirilən şəxslərin məhkəməsi zamanı səsləndirilib.

Onlardan biri bildirib ki, şayiələrin qarşısını almaq üçün sadəcə bir neçə uşaqlıq və ya hamiləlik şəkillərini göstərmək kifayətdir.

Qeyd edək ki, hazırda iş üzrə on nəfər müttəhimlər kürsüsündədir. Onlar sosial mediada Prezident Emmanuel Makronun həyat yoldaşının əslində kişi olduğuna dair iddialar paylaşıblar. Təqsirləndirilən şəxslərin fikrincə, onların iddiaları böhtan deyil, əksinə fikir və söz azadlığıdır.

 

Link kopyalandı!
Son xəbərlər