Bizi sosial şəbəkələrdən izləyin:
Yəmənin husilərdən ibarət “Ənsar Allah” qruplaşmasının hərbi sözçüsü, briqada generalı Yəhya Sərii dünən axşam saatlarında Yəmənə reydlər təşkil edən ABŞ ordusuna məxsus MQ-9 pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb.
Sözçü PUA-nı yerli istehsal olan yer-hava tipli raketlə vurduqlarını deyib.
PUA-nın Yəmənin Beyda vilayətində əməliyyat yerinə yetirmək istəyərkən vurulduğu bildirilir.
Qruplaşma sözçüsü həmçinin PAU-nın sayca vurulan 13-cü pilotsuz təyyarə olduğunu deyib.
ABŞ tərəfdən məsələ ilə bağlı hər hansı bir açıqlama verilməyib.//APA