"İvanişvili və onun fəxri sədri olduğu partiya Gürcüstanda demokratik təsisatları sarsıdıb, insan haqlarının pozulmasına rəvac verib və ölkədə fundamental azadlıqları məhdudlaşdırıb..."
Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvili ABŞ-ın sanksiyalar siyahısına salınıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib. Məlumatı "gordonua.com" nəşri yayıb.
İvanişvili Gürcüstanın demokratik və Avroatlantik gələcəyini sarsıtdığına görə sanksiyalara məruz qalıb.
"İvanişvili və "Gürcü arzusu" demokratik təsisatları sarsıdıb, insan haqlarının pozulmasına rəvac verib və Gürcüstanda fundamental azadlıqların gerçəkləşməsini məhdudlaşdırıb. Bundan başqa, onlar Gürcüstanın gürcü xalqının əksəriyyətinin can atdığı və gürcü Konstitusiyasında nəzərdə tutulan Avroatlantik gələcəyini təhlükə altına qoyub. Nəticədə Gürcüstan hələ də ərazisinin 20 faizini işğal altında saxladığı Rusiya qarşısında həssas edir", - məlumatda deyilir.
ABŞ Dövlət Departamentinin qərarına Ukrayna prezidenti Vladimir Zelenski münasibət bildirib. O, İvanişviliyə qarşı sanksiyaları gürcü xalqının və bütün regionun dəstəklənməsində güclü addım adlandırınıb və buna görə minnətdarlıq edib.
"İvanişvili bu gün Tbilisidə faktiki olaraq hakimdir və Gürcüstanı Rusiya prezidenti Vladimir Putinin nəzarətinə verilməsi üçün hər şeyi edir. Regionumzda hər bir itki, bir xalq üçün demokratiyanın məhv edilməsi və cinayətkar Rusiyanın təsirinin yayılması bütün region, bütün xalqlar üçün təhlükə yaradır. Ukrayna İvanişvili və onun mafioz qrupunun əsas şəxslərinə qarşı artıq sankiyalar tətbiq edib. Hazırda Amerikanın güclü sanksiyaları daha bir qətiyyətli addımdır", - Zelenski yazıb.
O, normal həyat və xalqların azadlığına dəyər verən bütün tərəfdaşlarını öz ölkəsinin müstəqilliyinin məhv edilməsi və gürcü xalqının alçaldılmasının bədəlinin necə olduğunu anlaması üçün İvanişviliyə qarşı məhz belə sanksiyaları tətbiq etməyə çağırış edib.
ABŞ Dövlət Departamenti "Gürcü arzusu"nun İvanişvilinin rəhbərliyi altında hərəkətlərini, o cümlədən Gürcüstan vətəndaşları, etirazşılar, KİV nümayəndələri, hüquq müdafiəçiləri və müxalifət xadimləri də daxil olmaqla davam edən zorən repressiyaları qətiyyətlə pisləyib: "Birləşmiş Ştatlar Gürcüstanda demokratiya və insan haqlarını sarsıdanların məsuliyyətə cəlb edilməsinə kömək etmək niyyətindədir", - məlumatda deyilir.